Mart ayının pensiya ödənişi yekunlaşıb

Xəbərlər

16.03.2022 - 10:44

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə üzrə mart ayının pensiya ödənişi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş