Marko Rubio Ararat Mirzoyanı qəbul edəcək

Dünya

13.01.2026 - 13:11

Görüşdə Alison Huker və Brendan Hanrahan da iştirak edəcək

ABŞ dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.

Bildirilib ki, görüş yerli vaxtla saat 12:00-da (İrəvan vaxtı ilə saat 21:00) başlayacaq.

Məlumata görə, görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş