Mariya Zaxarova: “Bu, oğurluqdur”

Dünya

27.10.2022 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

“Dondurma və yenidən bölüşdürmə haqqında daha çox danışmağa ehtiyac yoxdur”

“Rusiyanın Avropa Birliyindəki aktivlərinin dondurulmasını oğurluq adlandırmaq lazımdır”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Avropa İttifaqının Rusiyanın aktivlərini dondurmaqda məqsədi barədə sözlərini belə şərh edib: “Bu, dondurma deyil, oğurluqdur... Dondurma və yenidən bölüşdürmə haqqında daha çox danışmağa ehtiyac yoxdur, sadəcə demək lazımdır: oğurlayırlar”.

Bundan əvvəl Avropa Komissiyasının sözçüsü Kristian Viqand bildirmişdi ki, Avropa İttifaqı indiyədək Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub.

Oktyabrın 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb Rusiya tərəfdən çoxlu aktivləri, o cümlədən qızıl-valyuta ehtiyatlarını “oğurlayıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş