MAQATE rəhbəri İrana səfər edəcək

Dünya

02.04.2025 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

"Biz qarşıdakı həftələrdə baş tutacaq səfər üçün tarixə baxırıq”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran razılaşmasını müzakirə etmək üçün ayın sonuna qədər Tehrana səfər etməyi planlaşdırır. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Biz qarşıdakı həftələrdə baş tutacaq səfər üçün tarixə baxırıq”, - deyə Qrossi qeyd edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın son bəyanatları “yalnız razılaşmanın əldə olunmasının zəruriliyini sübut edir”.

"Bizə yaxşı, güclü razılaşma lazımdır. Bütün səylərim buna yönəlib və buna görə də yenidən Tehrana gedəcəyəm", - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş