“Resursları birləşdirmək üçün koalisiya yaratmaq təşəbbüsünü irəli sürürük”
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan münaqişə səbəbindən dəniz təhlükəsizliyi koalisiyası yaratmağı təklif edib.
AYNA.AZ xəbər verir ki, Fransa lideri “X”də yazıb: "Dünya iqtisadiyyatı üçün əsas əhəmiyyət kəsb edən dəniz yollarında naviqasiyanın təhlükəsizliyini bərpa etmək və təmin etmək məqsədilə hərbi resurslar da daxil olmaqla, resursları birləşdirmək üçün koalisiya yaratmaq təşəbbüsünü irəli sürürük".
O paylaşımına Fars körfəzindən Hörmüz boğazı, Ədən körfəzi və Qırmızı dəniz vasitəsilə Süveyş kanalına gedən yolu göstərən xəritə əlavə edib.