Makron Varşavaya gedir

Dünya

10.12.2024 - 22:39

Həkimlər Klinikalar SEO Xidməti

“Makron Paris danışıqları barədə bizə məlumat vermək istəyir”

Dekabrın 12-də Fransa Prezidenti Emmanuel Makron Varşavaya gələcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasında deyib.

Fransa lideri ABŞ-ın yeni Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların nəticələri barədə məlumat paylaşacaq.

“Makron Paris danışıqları barədə bizə məlumat vermək istəyir. Bildiyiniz kimi, Parisdə Donald Tramp və Volodimir Zelenski ilə qısa, lakin vacib görüş oldu”, - Tusk bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş