Makron Pezeşkiyanla telefonla danışıb

Dünya

08.03.2026 - 23:56

Prezident iranlı həmkarını bölgə ölkələrinə hücumu dayandırmağa çağırıb

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, o bu barədə öz açıqlamasında deyib..

Makron İranı bölgədəki digər ölkələrə hücumları dayandırmağa və Hörmüz boğazının bağlanmasından imtina etməyə çağırdığını söyləyib.

Fransa lideri həmçinin münaqişənin diplomatik yolla həllinə ehtiyac olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş