Telefon danışığında Ukraynaya humanitar dəstək də müzakirə olunub
Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. AYNA-nın xəbərinə görə, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.Telefon danışığı zamanı, həmçinin, enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.