“ABŞ hazırda Aİ-nin qaz ehtiyacının təxminən 60 faizini təmin edir”
“Avropanın enerji asılılığı Rusiyadan ABŞ-a keçib. ABŞ hazırda Avropa İttifaqının mayeləşdirilmiş təbii qaz qələbatının əsas təchizatçısıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
"Məsələn, enerjini götürək: biz artıq Rusiyadan asılılığımızı ABŞ-dan asılılıqla əvəz etmişik", - deyə Fransa lideri qeyd edib.
Siyasətçinin sözlərinə görə, “ABŞ hazırda Aİ-nin qaz ehtiyacının təxminən 60 faizini təmin edir”.