Fələstin Prezidentinin Rusiyaya səfərinin tarixləri açıqlanıb
Fələstin Prezidenti Abbas avqustun 12-dən 14-dək Rusiyada səfərdə olacaq və bu müddət ərzində Rusiya lideri Vladimir Putinlə görüşəcək. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrinə istinadən məlumat yayıb.
“O, avqustun 12-də Moskvaya gələcək. Putinlə danışıqlar avqustun 13-nə planlaşdırılır. O, ayın 14-də yola düşəcək”, – agentlik mənbədən sitat gətirib.
Bundan əvvəl mənbə bir neçə dəfə Fələstin liderinin Rusiyaya gəlmək planlarını açıqlasa da, avqustun 18-i qeyd edilib.
İyunun 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Abbasın Rusiyaya səfər edəcəyini bildirib.