Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək

Xəbərlər

13.05.2026 - 13:54

Bakalavrlardan 15293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır: 55 nəfər xarici ölkə vətəndaşıdır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 may 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 23089 bakalavr ərizə təqdim edib.

Onlardan 21372 nəfər Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş