İmtahan mayın 17-si keçiriləcək
Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi məlum olub. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər 1-14 aprel tarixlərində qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, sözügedən imtahan mayın 17-si keçiriləcək.