“Regionlardan məlumatlar daxil olandan sonra emal prosesi olacaq”
Magistraturaya qəbul imtahanları üzrə nəticələr yaxın günlərdə məlum olacaq. AYNA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu gün magistratura imtahanına ikinci cəhd üçün imtahanlar keçirilir: “Regionlardan məlumatlar daxil olandan sonra emal prosesi olacaq. Buna uyğun nəticələrin iki gün ərzində elan edilməsi planlaşdırılır”.