Magistrallarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbərlər

21.05.2023 - 19:32

Dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında duman olacağı gözlənilir

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Məlumata görə, mayın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında duman olacağı gözlənilir ki, bu da magistral avtomobil yollarında görünüş məsafəsini 500-1000 metrədək məhdudlaşdıracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş