Mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Xəbərlər

03.02.2023 - 16:14

Zərər çəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur

Bakının müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur. Araşadırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş