"Böyük Britaniya, London və Liverpul xalqına təklif edirəm ki, Baş nazirlərinin bu çılğın, çıxılmaz müharibə çağırışına cavab versinlər"
“Böyük Britaniyanın Baş naziri Keir Starmerin müharibəyə hazırlıqla bağlı bəyanatı dəlilikdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalına deyib.
"Böyük Britaniya, London və Liverpul xalqına təklif edirəm ki, Baş nazirlərinin bu çılğın, çıxılmaz müharibə çağırışına cavab versinlər", - deyə Venesuela lideri qeyd edib.
Maduro Avropa ölkələrinə "dəli Starmerin" çağırdığı müharibəyə qarşı məşhur antimüharibə hərəkatı yaratmağı təklif edib.