Viktor Orban: “Ölkə vətəndaşları müharibəyə deyil, sülhə can atdıqlarını açıq şəkildə bəyan ediblər”
Macarıstanın hakim alyansı (Xristian Demokratik Xalq Partiyası) Avropa Parlamentinə (AP) və ölkədə keçirilən yerli seçkilərdə qalib gəlib. AYNA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib.
Siyasətçi Macarıstan hökumətinin sülhyönümlü mövqeyinin gücləndiyini qeyd edib. Onun sözlərinə görə, ölkə vətəndaşları müharibəyə deyil, sülhə can atdıqlarını açıq şəkildə bəyan ediblər.
Milli Seçki Bürosunun məlumatına görə, Xristian Demokratik Xalq Partiyası seçkidə 21 yerdən 11-ni qazanıb.
Bundan əvvəl bildirilmişdi ki, AP-yə keçirilən seçkilərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni dəstəkləyən Avropa Xalq Partiyası (EPP) qalib gəlib. “Exit-poll”un nəticələrinə görə, o, 720 yerdən 186-189-nu qazanır.