Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib

Siyasət

23.11.2023 - 18:23

Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş