Kriştiano Ronaldo karantinə alınıb

İdman

12.03.2020 - 20:58

Ulduz futbolçu koronavirusa görə karantinə alınıb

 

Dünyanın ən məşhur futbolçularından olan Kriştiano Ronaldo koronavirus təhlükəsi ilə üz-üzə qalıb. AYNA xəbər verir ki, Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu artıq komandanın məşqlərinə qatılmaqdan imtina edib.

 

Belə ki, Ronaldonun “Yuventus” klubundakı komanda yoldaşı Daniele Ruqanidə virus aşkarlandıqdan sonra 35 yaşlı ulduz futbolçunun nəzarətə götürülməsinə qərar verilib.

 

Qeyd edək ki, hazırda Portuqaliyada olan hücumçunun karantinə alındığı bildirilib.

Müəllif: Mərahim Nəsib