Londondakı soydaşlarımız Baş Nazirin ofisi qarşısında aksiya keçiriblər

Xəbərlər

27.10.2020 - 14:21

cedabet dərman SEO Xidməti

Aksiyada ermənilərin Gəncədə törətdiyi terrora etiraz edilib

 

Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın Baş Naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib. Bu barədə AYNA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən, azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib. Bildirilib ki, Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib.

 

Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar.

 

Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş