London marafonunda faciəvi hadisə baş verib

Dünya

04.10.2022 - 05:28

İdmançı marafon zamanı dünyasını dəyişib

İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib. AYNA-nın "The Sun" nəşrinə istinadən məlumatına görə, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.

Müəllif: Ayna.az