Miqrantlardan 20-si uşaqdır
Son bir həftə ərzində Liviya sahillərində 872 miqrant saxlanılaraq geri qaytarılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, miqrantlardan 20-si uşaqdır.
Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında iki miqrantın cəsədinin çıxarıldığı qeyd edilib. Təşkilatın məlumatına görə, bu il ümumilikdə 11 min 335 miqrant saxlanılıb, 400-ü ölüb, 494-ü isə Liviya sahillərində itkin düşüb.
2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 min 190 nəfər olub.
Xatırladaq ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaos Afrikadan olan bir çox miqrantı Avropa sahillərinə çatmaq üçün Aralıq dənizini keçməyə sövq edib.