Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin yüksəksəviyyəli görüşü başlayıb
Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş başlayıb.
AYNA.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.