Alov mühafizə bölmələri tərəfindən söndürülüb
Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Bu barədə AYNA-ya Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Alov FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.