Lerikdə ev yanıb

Xəbərlər

25.01.2024 - 18:09

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub

Lerikdə dördotaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Lerik rayonunun Günəşli kəndində ümumi sahəsi 170 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş