Lənkəranda zəlzələ olub

Xəbərlər

14.12.2023 - 15:35

Zəlzələ yaxın ərazilərdə 3 bala qədər hiss olunub

Lənkəranda zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 15:04-də baş verən yeraltı təkanların maqnitudası 4,5 olub.

Zəlzələ yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş