Lənkəran sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Xəbərlər

24.12.2021 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

DİN Mətbuat Xidməti məlumat yayıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş