Lənkəran sakini Balakəndə narkotiklə yaxalanıb

Xəbərlər

15.04.2024 - 11:14

Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyri-leqal yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Lənkəran şəhər sakini İslam Məmmədov tədbirlər nəticəsində saxlanılıb. Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib.

İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son bir ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az