Ləğv edilmiş “Dəmir Bank”ın əmlakı hərraca çıxarılacaq

Xəbərlər

06.03.2024 - 13:42

cedabet dərman SEO Xidməti

Hərrac martın 27-də “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək

Martın 27-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 12N ünvanında, “Atəşgah” məbədinin yanında yerləşən, dəyəri 260 min manat olan 529,9 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş