Lavrov: “Qərb müstəmləkə dövründə olduğu kimi, Kiyevə göstəriş verir”

Dünya

06.06.2024 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

“Vaşinqton Ukraynadan Rusiyaya qarşı mübarizədə bir vasitə kimi istifadə edir”

“Qərb ölkələrindən səfirlər Kiyevə gəlib Ukrayna hakimiyyətinə müstəmləkə dövründə olduğu kimi nə etməli olduqlarını deyirlər”. AYNA rus mediasına istinadən bildirir ki, Çadda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bir neçə dəfə deyilib ki, Qərb səfirinin Afrika ölkələrinin prezidentlərinin yanına gəlib ona göstəriş verə biləcəyi günlər geridə qalıb. Allaha şükür, Afrikada belə vaxtlar geri qayıtmayacaq. Ancaq Ukraynada hər şey məhz belə olur. Səfirlər gəlib Kiyev rejiminin rəhbərlərinə tapşırıqlar verirlər”, - deyə nazir bildirib.

Lavrov onu da qeyd edib ki, ABŞ Kiyevə hər şeyi bağışlayır: “Çünki Vaşinqton Ukraynadan Rusiyaya qarşı mübarizədə bir vasitə kimi istifadə edir və bu, ABŞ üçün əlverişlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş