Rusiyanın xarici işlər naziri türkiyəli həmkarı ilə Vyantyanda görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan Vyantyanda keçirilən ASEAN Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində görüşüb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Danışıqların əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri türkiyəli həmkarından Laosa gəlişinin vaxtını soruşub. Fidan cümə günü səhər gəldiyini deyib. Öz növbəsində, Lavrov ona bir gün əvvəl gəldiyini və artıq beş ikitərəfli və bir üçtərəfli görüş keçirdiyini bildirib.
İyulun 6-da Türkiyənin xarici işlər naziri Fidan Ukrayna üçün sülh platforması yaratmağı təklif edib. Onun sözlərinə görə, artıq üçüncü ildir ki, münaqişə “proksi müharibə xarakteri alıb”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin belə bir platforma yaratmaq təşəbbüsünü dəstəkləyib. O vurğulayıb ki, Kreml həmişə Ukraynadakı münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub.