Axşam və gecə uçuşlarına qoyulan qadağa daha bir həftə - gələn ilin 4 yanvarına qədər uzadılıb
Latviya Rusiya və Belarusla sərhədlər boyunca axşam və gecə uçuşlarına qoyulan qadağanı uzadıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Riqa Uçuş Məlumat Bölgəsi nəzarət xidmətinə istinadən məlumat verib.
Bəyanatda deyilir: "Rusiya və Belarus sərhədləri boyunca axşam və gecə uçuşlarına qoyulan qadağa daha bir həftə - gələn ilin 4 yanvarına qədər uzadılıb".
Məhdudiyyətlər sentyabr ayında qüvvəyə minib və davamlı olaraq uzadılır. Onlar hər gün axşam və gecə saatlarında - UTC vaxtı ilə saat 17:00-dan 05:00-dək tətbiq olunur. Qadağa 6 km-ə qədər yüksəkliklərdəki uçuşlara şamil edilir.
Latviya hakimiyyət orqanlarının məlumatına görə, məhdudiyyətlər hava məkanına nəzarəti gücləndirmək və akustik dron müşahidə və əks-tədbir sistemlərini sınaqdan keçirmək üçün tətbiq edilib. İstisnalar yalnız Latviya Müdafiə Nazirliyi tərəfindən icazə verilən uçuşlar üçün mümkündür.
Oxşar məhdudiyyətlər eyni dövrdə Latviyanın Estoniya və Litva ilə sərhədləri boyunca hava məkanında da qüvvədədir.