Laçında fəhlə minaya düşüb

Hadisə

29.04.2022 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

Pərvin Salahov ağır dərəcəli bədən xəsarətləri alıb

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı Laçın Rayon Pprokurorluğuna məlumat daxil olub.

Laçın Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş