Təyyarə İran raketi tərəfindən vurulduqdan sonra pilot katapult etməyi bacarıb
Küveyt təhlükəsizlik qüvvələri ölkə səmasında vurulan Amerika qırıcı təyyarəsinin pilotunu saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İran televiziya kanalı SNN məlumat yayıb.
Bildirilib ki, təyyarə İran raketi tərəfindən vurulduqdan sonra pilot katapult etməyi bacarıb. O Küveytə eniş edib və kanalın məlumatına görə, dərhal saxlanılıb.
SNN tərəfindən yayımlanan görüntülərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının pilotla ingilis dilində danışdığı görünür. Daha sonra o, avtomobilin baqajına yerləşdirilib.