Yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur
Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, o bir müddət əvvəl ürək əməliyyatı keçirib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.