Sudja sakini Ulyana Vladimir Putinə mesaj göndərdi: “Bütün bunları bitirməsini istərdim”
Ukrayna ordusunun daxil olduğu Kursk vilayətinin Sudja şəhərinin sakini, 17 yaşlı Ulyana UNIAN-a niyə şəhərdən təxliyə edilmədiyini, Rusiya təbliğatının Ukrayna Silahlı Qüvvələrini necə təsvir etdiyindən danışıb. Ulyana həmçinin Rusiya Prezidenti Vladimir Putinə mesaj verməyi də unutmayıb. AYNA sözügedən müsahibəni istinadla təxqim edir:
Qeyd edək ki, məlumata görə, artıq Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan 1263 km² və 93 yaşayış məntəqəsi var. Ukrayna ordusunun Ali Baş Komandan Aleksandr Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri düşmənin müdafiəsinin 28-35 km dərinliyinə qədər irəliləyib.
Ukrayna Müdafiə Qüvvələrinin növbəti hücumu ərəfəsində, bir-birinin ardınca Rusiya Federasiyasının Kursk vilayətində rayon rəhbərləri sakinlərin təxliyəsi barədə məlumat verir. Amma bu, həqiqətən baş verirmi?
- Ulyana, nə qədər vaxtdır burdasan?
- Biz altı ildir burada yaşayırıq. Ukraynanın hücumundan artıq iki həftədən çox keçib. Dünən isə evimiz bombalanıb...
- Məktəbdə və ya kollecdə oxuyursunuz?
- Bəli.
- Sinif yoldaşlarınız, indi haradadırlar?
- Əksəriyyəti getdi. Sadəcə maşını olan hər kəs gedə bildi... Bizdə belə hadisələr tez-tez olurdu və hamı ehtiyatda idi ki, əgər bir şey olarsa, gedəcəklər. Deməli kimin imkanı var idisə getdi.
- Belə çıxır ki, belə bir vəziyyətin ola biləcəyini bilirdiniz?
- Bəli. Çünki iyun ayında bombalama əvvəlkindən daha çox oldu. Əvvəllər raketlər yalnız sərhəd kəndlərinə çatırdı. Lakin avqustdan raketlər Sudjaya, birbaşa şəhərin özünə atılmağa başladı. Artıq hər kəs düşünməyə başlamışdı ki, nəsə etmək lazımdır. Yenə deyirəm, sadəcə imkanı olanlar nəsə edə bildilər.
- Sən niyə getmədin?
- Çünki getməyə heç bir yerim yoxdfur. Hər kəsin gedəcək yeri yoxdur axı... Heç olmasa Kurskda bizə kömək edə biləcək və ya müvəqqəti yaşayış yeri axtaracaq adamlarımız yoxdur. Və ən əsası, nəqliyyat vasitəmiz yoxdur.
Deyə bilərik ki, burada guya ki, sərhəd qoşunlarımız var, amma bizi bombalayırlar. Getsək də, bizi heç yerə qəbul etməyəcəklər.
- Yerli hakimiyyət sizə nəsə təklif etdimi?
- Heçbir təklif edilmədi. Rayon rəhbərliyi vəziyyət gərginləşəndən dərhal sonra getdi. Bizi tərk etdilər, evakuasiya olmadı.
- Bəs sakinlərdən hakimiyyətə - yerli, mərkəzə rəsmi müraciətlər olubmu?
- Bizim hökumət elədir ki, insanları vecinə almır.
- Niyə mitinq keçirmirsiniz?
- Mitinq oldu, böyük mitinq oldu. Amma insanları həbs etdilər.
- Harada?
- Bütün Rusiyada. “Xüsusi hərbi əməliyyat” başlayanda... Müharibə başladı, amma hamının xoşuna gəlmədi... Mitinqlər başlayır və insanlar sadəcə həbs olunurlar, vəssalam. Sonra bu, gələcək üçün daha pisdir: heç nə dəyişmir. İnsanlar məhz bu mitinqlə öz gələcəyini məhv edə bilər, amma heç nə dəyişməyəcək.
- Ümumiyyətlə, bu müharibə haqqında nə düşünürsünüz?
- Pisdir. Bütün bunlar niyə olmalıdır axı...
- Çünki siz Ukraynaya hücum etdiniz...
- Hökumət ərazilər istəyir, adi insanlar isə əziyyət çəkir: ukraynalılar adi insanlardır, ruslar adi insanlardır. Sadəcə olaraq Rusiya hökumətinə görə hamı əziyyət çəkir. Səhv bir şey etmədik. Baxmayaraq ki, biz, təbii ki, özümüz üçün bunu gözləmirdik.
- Nə gözləyirdiniz?
- Bilmirəm, düşünürdük ki, bizi döyəcəklər. Təbliğat belə işləyir və bir çox insana təsir edir. Ukraynada olduğu kimi... Ukraynalılar rusların pis olduğunu düşünürlər. Eyni şey ukraynalıların pis olduğunu düşünən ruslara da aiddir. Belə təbliğat çox yaxşı işləyir. Və buna görə də ruslar ukraynalıları görəndə düşünürlər ki, hər şey indi həqiqətən pis olacaq. Kimisə öldürəcəklər...
- Bəs indi Ukrayna ordusu haqqında nə düşünürsünüz ki, onları öz gözlərinizlə görmüsünüz?
- Yaxşı düşünürəm. Mehriban insanlardırlar.
- İnternetdə rus ordusunun Ukraynada nə etdiyini görmüsünüz?
- Xeyr, hamısı bloklanıb, heç nə göstərmirlər. Ukrayna ilə bağlı təbliğata əks olan hər şey dərhal bloklanır. Əsas təbliğat odur ki, bu müharibə lazımdır...
- Bəs Ukraynada dostlarınız varmı?
- Bəli. Birincisi, atam Xarkovdandır. İkincisi, Xarkov vilayətində bir dostum var.
- 2022-ci ildən sonra onunla əlaqə saxlamısınız?
- Bəli.
- Xarkov hadisələri haqqında nə yazdı?
- Hər şeyin sadəcə dəhşətli olduğunu, orada yaşamaq üçün daha yaxşı bir yol olmadığını yazdı ... Ancaq yenə də onun sadəcə tərk etmək imkanı yox idi.
- Ümumiyyətlə, gələcəyinizi necə görürsünüz? Yəqin ki, sabah vəziyyətin həll olunmayacağını başa düşürsünüz. Buradan harasa getməyə çalışacaqsan?
- Təbii ki, qışdan əvvəl bu barədə nəsə həll etməyə çalışacam. Hara olduğu aydın deyil. Təbii ki, hər şey baş verənlərdən asılı olacaq. Çünki qışda şəhərdə qaz olmur. Həm də istilik, işıq, su yoxdur...
- İndi necə yaşayırsınız, yemək və su kifayətdirmi?
- Hələlik yaxşıdır. Ukraynalı hərbçilər su gətirirlər, yemək verilir, çörək verilir.
- Bu humanitar yardımdır?
- Bəli. Bizim burada olduğumuzu bildikdən sonra demək olar ki, dərhal bura yemək və ərzaq gətirdilər.
- İndi əsas problemləriniz nədir? Şəhərdə normal fəaliyyət üçün nə lazımdır?
- İşıq yoxdur. Tezliklə enerji qurtaracaq və generator işləməyəcək. İşığımız olmayacaq, hətta çay hazırlaya, qəhvə içə bilməyəcəyik. Adi su da yoxdur. İndi bütün bunları Ukrayna qoşunları gətirir...
- Putinin sizi eşidəcəyini bilsəydiniz, ona nə deyərdiniz?
- Bütün bunları bitirməsini istərdim. Çünki bu ərazi hökumətin özündən başqa heç kimə lazım deyil. Bizim nəhəng ölkəmiz var, ola biləcək ən böyük dövlətimiz var. Və yaşamaq üçün böyük ehtiyatlarımız var. Hökumət isə sadəcə olaraq kifayət qədər əraziyə malik olmadığını düşünür, müharibə edir...
- Sudjadan başqa harada yaşamaq istərdiniz?
- Rusiyadadırsa, o zaman Sankt-Peterburqda bir yerdə.
- Bəs Rusiyada olmasa?
- Təbii ki, Avropada.
- Dəqiq harada?
- Fransada. Mən Fransanı çox sevirəm. Mən yenicə fransız dilini öyrənməyə başlamışam. Ancaq təəssüf ki, hamısı alt-üst oldu. Artıq internetə çıxış yoxdur.