Kürmükçayda sel davam edir

Xəbərlər

07.06.2023 - 16:48

Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız (Quba), Şahdağda (Qusar) şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən AYNA-ya verilən məlumata görə, Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi əsib, arabir Bakıda və Abşeron yarımadasında 16 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-29°, Naxçıvan Muxtar Respublikasında 27-29°, dağlıq rayonlarda 12-14°, Aran rayonlarında 20-25° isti, yüksək dağlıq ərazilərdə 6°-dək isti təşkil edir.

Müəllif: Ayna.az