Kürdəmirdə dörd yük maşını toqquşub, piyada ölüb

Xəbərlər

01.03.2024 - 01:41

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, rayonun Qarabucaq kəndindən keçən hissəsində 1986-cı il təvəllüdlü Bakı sakini Asəf Həsənovun idarə etdiyi TIR qəflətən yola çıxan piyadanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Arxadan gələn daha 3 yük maşını - TIR, "KamAZ" və betonqarışdıran bir-birinə çırpılıb.

Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual