Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var

Hadisə

11.01.2025 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

"VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az