Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – FOTOLAR

Cəmiyyət

18.05.2024 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Son 10 gündə ikinci dəfə baş verən daşqın təsərrüfatları məhv edib, səbəb isə sadədir – çayın qarşısında bənd yoxdur

Son günlər intensiv yağan yağış Kür çayında sululuğun artmasına səbəb olub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kür artıq son 10 gündə ikinci dəfə öz məcrasından çıxaraq ətrafa yayılıb. Bunun nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

Sel əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib. Təbii fəlakət nəticəsində indiyə kimi Qazax rayonunun Aşağı Salahlı kəndinin sakinlərinə məxsus 230 hektara yaxın torpaq sahəsi su altında qalıb. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını - taxıl, yonca, qarğıdalı sahələrini sel suları yuyub.

AYNA-ya danışan sakinlər deyirlər ki, həmin əkin sahələrində məhsuldarlıq aşağı olacaq.

Aşağı Salahlı kənd sakini Ağəli Muradova məxsus 20 baş qal-qara suyun ortasındakı “adada” çarəsiz vəziyyətdə qalıb: “Dama sel doldu. 20 başa yaxın malı kəndə adlada bilmədim. Arada quru ərazi var, orada saxlamışam. Kəndə keçirməyə şərait yoxdur. Sel camaatın əkin-biçininin hamısını yuyub apardı. 150 hektar taxıl, 6 hektar qarğıdalı, 80 hektar örüş yeri - hamısı suyun altındadır”.

Digər sakin Xəlil Mustafayevin sözlərinə görə, bənd vurulmazsa, kəndin pay torpaqlarında artıq heç nə becərmək mümkün olmayacaq: “Başdan ayağa kimi bütün biçənəkləri sel aparıb. 3 hektar mənim yerim selin altında qalıb. Pay torpaqlarımızdır hamısı. Hər il, iki ildən bir belə problem yaranır, bir çöp götürə bilmirik. 10 gündür hər yer suyun içindədir. Bənd vurulmasa, biz daha burada heç nə əkib-becərə bilməyəcəyik. Yuxarı Salahlının qabağını yaxşı bənd vurub bağlayıblar. Ordan bəri keçən kimi daşıb bizim yerləri yuyur”.

Hələ də bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə, suyun ətraf sahələrə doğru daha da genişlənməsi riski var. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan – Kür məcrasından çıxdı: tarlalar su altında, kəndlilər pərişan –
Müəllif: İlham Mustafa

Pin up casino Pin-up casino giriş