Külli miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb

Hadisə

13.04.2020 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının (SQ) əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda, 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

 

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş