Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Xəbərlər

19.02.2025 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

Şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

AYNA bildirir ki, xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 5.0-7.0 m.çatacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş