Səfir: “Kuba BRİKS-in işinə qoşulmaqda maraqlıdır”
Kuba BRIKS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə təqdim edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Havanadakı səfiri Viktor Koronelli bildirib.
“Kuba BRİKS-in işinə qoşulmaqda maraqlıdır. Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq tərəfdaş statusu almaq üçün Rusiya tərəfinə rəsmi ərizə təqdim ediblər”, - səfir bildirib.
İyun ayında Kazanda keçiriləcək BRİKS-in oktyabr sammitində təşkilata üzv olmaq istəyən ölkələrin tam siyahısı ortaya çıxıb və bu siyahı arasında tam beynəlxalq statusa malik olmayan Fələstin də var.
Potensial namizədlərin siyahısı 29 ölkədən ibarətdir: Afrikadan müraciətlər Əlcəzair, Mərakeş, Nigeriya, Çad, Ekvatorial Qvineya, Eritreya, Seneqal, Zimbabve və Cənubi Sudandan, Asiyadan Azərbaycan, Banqladeş, Bəhreyn, İndoneziya, Qazaxıstan, Küveyt, Fələstin, Pakistan, Suriya, Tayland, Vyetnam, Şri-Lanka və Türkiyə, həmçinin Latın Amerikasından Boliviya, Venesuela və Honduras, Avropadan isə Belarus.