KTMT-nin keçmiş baş katibinin oğlu axtarışa verilib

Dünya

20.04.2026 - 22:27

Xaçaturova qarşı qanunsuz əldə edilmiş daşınmaz əmlakların leqallaşdırılması və çirkli pulların yuyulması ibarədə cinayət işi açılıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, general-mayor Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturov axtarışa verilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, "Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə Xaçaturov barəsində həbs qətimkan tədbiri seçilib və o axtarışa verilib.

Xaçaturova qarşı xüsusilə külli miqdarda qanunsuz əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Q.Xaçaturov Ermənistanda 2008-ci ilin mart ayında "konstitusiya quruluşunu devirməkdə" ittiham olunan keçmiş KTMT baş katibi Yuri Xaçaturovun oğludur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş