KTMT-nin Baş katibi dəyişib

Dünya

27.11.2025 - 15:37

Taalatbek Masadıkov yeni Baş katib olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu gün KTMT-nin Bişkekdə keçirilən sammitində qəbul edilən qərara görə, Qırğızıstan təmsilçisi Taalatbek Masadıkov yanvarın 1-dən təşkilatın Baş katibi vəzifəsini tutacaq.

Qeyd edək ki, bundan əvvəl KTMT-nin Baş katibi Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş