KTMT liderləri hərbi-siyasi vəziyyəti müzakirə edəcəklər

Dünya

27.11.2024 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

“Liderlər ötən dövr ərzində birgə işin nəticələrini qiymətləndirəcək və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edəcəklər”

Noyabrın 28-də Astanada keçiriləcək sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri hərbi-siyasi vəziyyəti müzakirə edəcək və bir sıra sənədlərə baxacaqlar. AYNA xəbər verir ki, bu barədə TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“KTMT-yə üzv dövlətlərin liderlərinin son görüşündən ötən müddət ərzində ətraflı müzakirə tələb edən bir çox məsələlər yığılıb. İlk növbədə, KTMT-yə aid regionlarda və onların sərhədlərində hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Ölkələrimizin liderləri ötən dövr ərzində birgə işin nəticələrini qiymətləndirəcək və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edəcəklər”, - baş katib vurğulayıb.

“Kollektiv Təhlükəsizlik Şurasının baxılması üçün təqdim olunan sənədlər arasında mən KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə Məqsədli Dövlətlərarası Proqramının layihəsini xüsusilə qeyd edərdim”, - Tasmaqambetov əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş