Kremldən “İskəndər” raketi ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Aktual

07.04.2021 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Peskov: "Raket haqqında heç nə deyə bilmərəm, məlumatım yoxdur"

 

Kremldə hələ də Azərbaycan hərbçilərinin Qarabağda tapdığı “İskəndər” əməliyyat-taktiki raket sistemlərinin qalıqları barədə məlumat yoxdur. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Raket haqqında heç nə deyə bilmərəm, məlumatım yoxdur", - deyə Kreml rəsmisi jurnalistlərin Azərbaycandan gələn xəbərləri şərh etmək tələbinə cavab olaraq vurğulayıb.

 

Qeyd edək ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində “İskəndər” raketlərinin parçaları tapdığını açıqlayıb. Parçaların 20 mart 2021-ci ildə Şuşa şəhərində əraziləri minalardan təmizləyərkən tapıldığı qeyd olunub. Daha sonra raketin quyruq hissələrini və üzərində işarələr olan parçaların fotosunu yayımlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş