Dmitri Peskov: “Biz öz maraqlarımızı qorumaq üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”
“Rusiya tərəfi Finlandiyada mülkiyyətin qorunması üçün bütün hüquqi mexanizmlərdən istifadə edir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hazırda Finlandiyada Rusiyaya məxsus daşınmaz əmlakın müsadirəsi ilə bağlı məlumatı yoxdur.
“Ancaq təbii ki, biz buna məhkəmədə etiraz edəcəyik. Təbii ki, Rusiya Federasiyası öz maraqlarını, əmlak maraqlarını qoruyacaq. Ona görə də biz öz maraqlarımızı qorumaq üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, - Peskov qeyd edib.
Qeyd edək ki, xarici media Ukraynanın “Naftoqaz” şirkətinin işi ilə bağlı Finlandiyada Rusiyanın 5 daşınmaz əmlakına həbs qoyulduğunu yazıb.