Peskov: “Raket qalıqlarının tapılması mövzusunda Azərbaycan və Rusiya hərbi qurumları sıx dialoq şəraitindədirlər”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşaya atılan “İsgəndər-M” ballistik raketi ilə bağlı Azərbaycanla Rusiyanın müzakirə apardığını açıqlayıb.
“Qarabağda raket qalıqlarının tapılması mövzusunda Azərbaycan və Rusiya hərbi qurumları sıx dialoq şəraitindədirlər”, - deyə vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Kreml rəsmisi D.Peskov “İsgəndər” raketi ilə bağlı iki dəfə açıqlama vermişdi və hər ikisində məsələdən məlumatsız olduğunu demişdi.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı müzakirə apardığını söyləyib.