Krasnoyarskın qubernatoru miqrantlara taksi sürməyi qadağan edib

Dünya

09.08.2024 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Kotyukov: “Yerli işəgötürənlərin əcnəbi işçilərin işdən çıxarılmasına hazırlaşmağa vaxtı var”

Rusiyanın Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov öz fərmanı ilə bölgədəki miqrantlara taksi sürməyi və siqaret satmağı qadağan edib. Sənəd 2025-ci ilin martında qüvvəyə minəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya regionu hökumətinin saytında məlumat yerləşdirilib.

Kotyukov öz “Telegram” kanalında qeyd edib ki, yerli işəgötürənlərin əcnəbi işçilərin işdən çıxarılmasına hazırlaşmağa vaxtı var.

"Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi ilə birlikdə biz oxşar həllərin lazım olduğu digər sənaye və fəaliyyət sahələrini təhlil etməyə davam edirik", deyə qubernator vurğulayıb.

Sənədə əsasən, taksi və ixtisaslaşdırılmış mağazalarda işləmək qadağası bütün əcnəbilərə deyil, yalnız patent əsasında işləyənlərə şamil ediləcək. Onlar Rusiyaya daxil olmaq üçün vizaya ehtiyacı olmayan, lakin işə müraciət edərkən digər sənədlərə ehtiyacı olan vətəndaşlara verilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş